DSX: Türkiyə-Naxçıvan sərhədi açıldı

26 Fevral 2020

Fevralın  25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.

BUNA DA BAX: Ərdoğan gəldi

Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Ərdoğan Türkiyənin “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyənin aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib. Fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Şərh vermək üçün giriş edin
Top