Rusiyada koronavirusa yoluxanların sayı 700-ə çatır

25 Mart 2020

Son sutka ərzində Rusiyada daha 63 nəfər yeni tip koronavirusa (COVID-19) yoluxub.

Heftelik.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib.

BUNA DA BAX: Dünyada koronavirusdan sağalanların sayı açıqlandı

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb. İndiyə qədər koronavirusa yoluxan 20 nəfər sağalıb. Müşahidə altında özünütəcrid vəziyyətində isə 112 min nəfər var.

Şərh vermək üçün giriş edin
Top