İranda koronavirusdan ölənlərin sayı 2 mini ötdü

25 Mart 2020

İranda yeni tip koronavirusdan (Covid-19) ölənlərin sayı 2077-yə çatıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Səhiyyə Nazirliyindən məlumat verib.

BUNA DA BAX: Rusiyada koronavirusa yoluxanların sayı 700-ə çatır

Son sutka ərzində COVID-19 virusuna yoluxmuş 143 nəfər vəfat edib, 2 min 206 nəfərdə virusa yeni yoluxma faktı aşkarlanıb.

Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 27 min 17-yə çatıb.

Bu günədək 9 min 625 nəfər sağalıb.

Top