İspaniyada koronavirusdan ölənlərin sayı Çini ötdü

25 Mart 2020

İndiyə qədər İspaniyada 47 min 610 nəfər yeni tip koronavirus (Covid-19) yoluxub.

Heftelik.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

BUNA DA BAX: Rusiyada koronavirusa yoluxanların sayı 700-ə çatır

Virusa yoluxan 3 min 434 nəfər ölüb, 5 min 367 nəfər sağalıb.

Qeyd edək ki, dünən İspaniyada 39 min 673 nəfərin koronavirusa yoluxduğu, 2 min 696 nəfərin öldüyü açıqlanmışdı. Beləliklə, İspaniyada son sutka ərzində 7 min 937 nəfər koronavirusa yoluxub, 738 nəfər ölüb. Beləliklə, koronavirusa yoluxma nəticəsində İspaniyada ölənlərin sayı Çini ötüb.

Ən çox virusa yoluxma isə İspaniyanın Madrid muxtar bölgəsində qeydə alınıb. Burada 14 min 597 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, İspaniyada ilk dəfə koronavirusa yoluxma halı yanvarın 31-də qeydə alınıb.

Top