Dünyada koronavirusa yoluxan və ölənlərin sayı artır

30 Mart 2020

Dünyada yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 634 min 835 nəfərə çatıb, 29 min 957 nəfər isə bu ölümcül virusun qurban olub.

Heftelik.az-ın məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının gündəlik bülletenində əksini tapıb.

BUNA DA BAX: Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Son sutka ərzində 63 mindən çox insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3464 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 361 031 yoluxma və 21 493 ölüm. Sutka ərzində burada yoluxanların sayı 36 688, ölənlərin sayı isə 2753 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 120 798 nəfər koronavirusa yoluxub, 1973 nəfər ölüb.

Yoluxma görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. Martın 29-na olan məlumata görə, burada 102 803 yoluxma, 3626 ölüm faktı qeydə alınıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 103 321 nəfər. Bunun ardınca İtaliya (92 472), Çin (82 356), İspaniya (72 248) və Almaniya (52 547) gəlir.

Şərh vermək üçün giriş edin
Top