Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatdı

03 Aprel 2020

Türkiyədə yeni tip koronovirusdan (COVID-19) ölənlərin sayı 425 nəfər olub.

Heftelik.az-ın məlumatına görə, bu, koronavirusla mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra Səhiyyə naziri Fəxrəddin Qoca paylaşıb.

BUNA DA BAX: Azərbaycanda 9 nəfər metil spirtindən zəhərləndi - 4-ü ölüb

Nazir deyib ki, bu gün  koronovirusa yoluxmuş 69 xəstə ölüb və son 24 saatda 16160 şübhəli koronavirus analizindən keçib, onlardan 2786-nın cavabı pozitiv çıxıb.

Nazir deyib ki, ən çox vəfat edənlər İstanbulda qeydə alınıb.

Qeyd edək ki,  Türkiyədə indiyə qədər 20 min 921 nəfərdə koronavirus aşkarlanıb.

Şərh vermək üçün giriş edin
Top