Rusiyada vətəndaşlıq alan azərbaycanlıların sayı açıqlandı

19 May 2020

Bu ilin ilk rübündə 161 mindən çox şəxs Rusiya vətəndaşlığını alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Heftelik.az-ın məlumatına görə, bu, Rusiya Daxili İşlər Nazirliyinin aşıqladığı statistikada əksini tapıb.

BUNA DA BAX: Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 2 500-ə çatır

 

Son illərdə Rusiya vətəndaşlığı alanların sayı artıb, 2019-cu ildə isə vətəndaşlıq alanların sayı  497,8 min nəfər olub. Rusiya vətəndaşlığı alanların əksəriyyəti ukraynalılardır. 2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər Rusiya pasportları alanlar arasında ukraynalıların xüsusi çəkisi 46,6% və ya 676,8 min nəfər olub.

Sonrakı yerlərdə Qazaxıstan (12,9%), Tacikistan (10%), Ermənistan (7,2%), Özbəkistan (6,3%), Moldova (4,8%), Azərbaycan (3,4%), Qırğızıstan (2,7%), vətəndaşlığı olmayan şəxslər (2,4%) və Belarus (1,3%)  vətəndaşı olmuş şəxslər gəlir.

Bu müddət ərzində 49,7 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.

Şərh vermək üçün giriş edin
Top