Rusiyanın Baş Nazirindən azərbaycanlı nazir müavini barədə sərəncam

20 May 2020

Rusiyanın Baş Naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Baş Nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

BUNA DA BAX: İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi – FOTO

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Top