Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 7300-ə çatdı

22 May 2020

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 51 nəfər vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

BUNA DA BAX: Parlament Azərbaycan və Türkiyə arasında viza məsələsini müzakirə edəcək

İrandan koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2311 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 131 652 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 102 276 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2659 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Şərh vermək üçün giriş edin
Top