Bir ölkədə koronavirusun ikinci dalğasının başladığı elan edildi

22 İyun 2020

İsraildə yeni növ koronavirus (COVİD-19) epidemiyasının ikinci dalğası başlayıb.

Heftelik.az-ın “The Times of Israel” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail  Səhiyyə Nazirliyi və Hərbi kəşfiyyat İdarəsi nəzdində fəaliyyət göstərən Koronavirusa qarşı mübarizə Mərkəzinin birgə hesabatında bildirilib.

BUNA DA BAX: Azərbaycanda bir gendə daha 478 nəfər COVID-19-a yoluxdu - 7 nəfər vəfat edib

Hesabatda epidemiyanın ikinci dalğasının iyul ayında minlərlə yeni yoluxmaya və yüzlərlə ölüm hallarına səbəb olacağı qeyd edilib. Mövcud vəziyyətlə bağlı ciddi karantin rejimi yenidən tətbiq edilə bilər. İsrail Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadə və koronavirusun qarşısını almaq üçün digər tədbirləri ciddiyə almamasından narahatlığını bildirib.

Səhiyyə Nazirliyi, həmçinin, xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu bəyan edib.

Şərh vermək üçün giriş edin
Top