Qnşu ölkə uçuşlara qadağanın müddətini uzatdı

02 İyul 2020

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddətini uzadıb.

Heftelik.az-ın məlumatına görə, “Rosaviasiya" koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların məhdudlaşdırılması haqqında qərarın müddətini avqustun 1-nə kimi uzadıb. 

BUNA DA BAX: Bir ölkədə koronavirusun ikinci dalğasının başladığı elan edildi

Federal Agentlik ölkənin hava limanlarına və aviaşirkətlərə teleqram göndərib. Həmin teleqramda xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə qadağının müddətinin uzadılması öz əksini tapıb. 

“31.07.2020-ci il saat 23:59-a kimi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında qadağa qüvvədədir”, - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl “Rosaviasiya” iyulun 15-dən beynəlxalq uçuşların bərpa olunacağı haqqında məlumat yayıb.

Top