Qonşu ölkədə bir gündə koronavirusdan 100-dən çox ölüm

28 İyul 2020

Rusiyada son sutka ərzində daha 5 395 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 823 515 nəfərə çatıb.

BUNA DA BAX: Dünyada koronavirusdan ölənlərin sayında növbəti rekord

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 504 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 612 217 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Top