Azərbaycan – Serbiya münasibətlərinin aydınlaşdırılması

14 Avqust 2020

İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan sərhəd Xidmətinin  Tovuz rayonunda yerləşən mövqelərimizi  artilleriya qurğularından atəşə tutmuşdular.

Hərbi əməliyyatların başlamasından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib. Habelə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılmşdır. Bu faktlar Azərbaycan tərəfinin ciddi narahatlığına və hiddətinə səbəb olmuşdur. Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç bununla əlaqədar 20 iyulda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılmış və izahat tələb olunmuşdur. Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləmiş, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd etmişdir. Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç(Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib və Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu əlavə etmişdir.

Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğunu bildirib. Serbiya dövlətinin hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı olmayan reaksiyalara səbəb oldu və başqa cür olada bilməzdi. Çünki çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini his edib bir neçə ay əvvəl rəsmi bakı korono virusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi bundan əlavə eyni zamanda Azərbaycan kosovanın müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.

Ermənistan Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasısın intensiv xarakter almasının Azərbaycan ictimayətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan –Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran-İslam respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi- təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Biz öz prezidentimizə inanırıq, ona güvənirik və biz birlikdə güclüyük!

Sevda Əliyeva

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

Top