Türkiyə klubunda kütləvi yoluxma

14 Avqust 2020

Daha bir Türkiyə klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, TFF I liqa təmsilçisi “Menemenspor”da kütləvi yoluxma olduğu açıqlanıb.

BUNA DA BAX: Dünyada koronavirusa yoluxmada növbəti rekord

Ümumilikdə 10 nəfərin testinin nəticəsi pozitiv çıxıb ki, onlardan 9-u akademiyanın futbolçularıdır. Digər bir nəfər isə klub işçisidir. Virusa yoluxan şəxslər öz evlərində karantinə alınıb.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma olub.

Top