Qonşu ölkənin aviaşirkətləri Azərbaycana uçuşl üçün müraciət etdi

15 Sentyabr 2020

Rusiyanın "Red Wings" və "Azimut" aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün Aviaşirkətlərin hava nəqliyyatına qəbulu üzrə idarələrarası komissiyasına müraciət edib.

Heftelik.az-ın məlumata görə, bu barədə komissiyanın iclası üçün hazırlanan və "Rosaviasiya"nın saytında dərc olunan sənəddə bildirilir.

BUNA DA BAX: Bakı metropoliteninin fəaliyyəti bərpa edildi

Qeyd olunur ki, koronavirus pandemiyası səbəbindən aviaşirkətlər uçuş icazələrini bağlı ölkələrə ehtiyat olaraq saxlamaq niyyətindədir. Aviadaşıyıcılar icazə sənədlərini həm yaz-yay (oktyabr ayının sonunadək), həm də payız-qış (mart ayının sonunadək) dövrü üçün ehtiyat olaraq toplayırlar.

Bundan başqa, Rusiyanın ayrı-ayrı aviaşirkətləri Belarus, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Qazaxıstan, Çin istiqamətində uçuşların yerinə yetirilməsi, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Dominikana çarter reyslərinin həyata keçirilməsi üçün komissiyaya müraciət edib.

Top