Məsud Yılmaz vəfat etdi

30 Oktyabr 2020

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 73 yaşlı M. Yılmaz bu gün dünyasını dəyişib.

BUNA DA BAX: Qonşu ölkədə koronavirusdan rekord ölüm

Ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət idi ki, müalicə olunurdu.

Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

Top