Adolf Hitler seçkilərdə qalib gəlib

03 Dekabr 2020

Siyasətçi Adolf Hitler Uunona Namibiya parlament seçkilərində qalib gəlib.

Heftelik.az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə,  fürerin adaşı səslərin 85 %-ni alaraq deputat mandatı qazanıb.

BUNA DA BAX: Bayden zədələndi

Deputat deyib ki, atam mənə bu adamın adını verib: "Adolf Hitlerin nəyi təmsil etdiyini başa düşmürdü. Uşaqlıqda adımı tamamilə normal sayırdım. Bu insanın bütün dünyanı ələ keçirtmək istədiyini yalnız yeniyetmə yaşımda başa düşdüm”.

Qeyd edək ki, Namibiya keçmiş alman müstəmləkəsi olub. Ölkə Alman Cənub-Qərb Afrikası adlanırdı. Namibiyada çoxlu sayda alman mənşəli toponimlər var, burada insanlarda alman adlarına tez-tez rast gəlinir.

Top