Azərbaycan Prezidenti Moskvaya getdi

11 Yanvar 2021

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Heftelik.az-ın məlumatına görə, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

BUNA DA BAX: Köçkünlər üçün tikilmiş minlərlə mənzil şəhid ailələrinə verilir

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüç keçiriləcək.

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Top