Çavuşoğlu gəlir

17 Fevral 2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Heftelik.az-ın Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

BUNA DA BAX: Azərbaycanla və Türkmənistan Xəzərdə əsas problemlərini həll etdi

Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M. Çavuşoğlunu qəbul edəcək.

Eyni zamanda, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirak ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Top