Türkiyəyə səfər edəcək şəxslər üçün bu tələbin müddəti uzadıldı

04 Mart 2021

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.

Heftelik.az-ın Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

BUNA DA BAX: Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb. 

Top