Təlimdən əvvəl Türkiyə və Azərbaycan xüsusi təyinatlıları üçün - ZƏRURİ ŞƏRT

13 Sentyabr 2021

Birgə təlimdə iştirak edəcək Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının heyəti sağlamlıq baxımından yararlı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

BUNA DA BAX: Laçında Azərbaycan-Türkiyə birgə təlimi - VİDEO

Memoranduma əsasən, ev sahibi ölkə tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb oluna bilər.

Göndərən ölkə təlim başlanmasından 10 gün əvvəl təlimdə iştirak edən heyətin sağlamlıq vəziyyətinin təlimdə iştirak üçün əlverişli olduğuna dair (yoluxucu xəstəliklər daxil olmaqla) tibbi arayış göndərir. Göndərən ölkə tərəfindən təlimdə iştirak edən bütün heyətə ev sahibi ölkəyə girişdən əvvəl ÜST-ün müəyyən etdiyi zəruri peyvəndlər vurulur və testlər aparılır. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçalarının və aparılan testin nəticələrin heyətin üzərində olması təmin edilir.

Ev sahibi ölkə tərəfindən göndərən ölkənin heyətindən hər hansı tibbi narahatlığı olanların təlimdə iştirakına yol verilmir. İştiraka mane olmayacaq mahiyyətdə tibbi narahatlığı olan şəxs təlimdə iştirak etdiyi təqdirdə bu şəxsin dərmanlarının özü ilə birlikdə gətirilməsi göndərən ölkə tərəfindən təmin edilir.

Top