Müdafiə Nazirliyi Gəncədə partlayış səsinə aydınlıq gətirdi

13 Oktyabr 2021

Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

BUNA DA BAX: Təlimdən əvvəl Türkiyə və Azərbaycan xüsusi təyinatlıları üçün - ZƏRURİ ŞƏRT

Müdafiə Nazirliyi partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb: "Bildiririk ki, narahatlığa heç bir əsas yoxdur".

Top