Azərbaycan Ordusunun itkin düşmüş əsgərinin meyiti götürüldü

20 Fevral 2020

Azərbaycan Silahlı Qüvvələrinin bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürülüb.

Heftelik.az-ın məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

BUNA DA BAX: Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Şərh vermək üçün giriş edin
Top