Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi veriləcək

31 Mart 2020

Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsilə təmin olunması sahəsində hüququ artırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

BUNA DA BAX: Ordu sıralarından əsgərlərin tərxis olunacağı vaxt açıqlandı -RƏSMİ

Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.

Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.

Şərh vermək üçün giriş edin
Top