İran ordusunda növbəti biabırçılıq

11 May 2020

İran ordusu dünən Fars körfəzində hərbi dəniz təlimində “Konarek” hərbi gəmisinin dəstək  freqatı “Jamaran” tərəfindən raketlə vurulmasında dair açıqlama yayıb.

Heftelik.az-ın məlumatına görə, İra Dəniz Qüvvələri Komandanlığının Bəndər Abbas Birinci Bölgənin ictimaiyyətlə əlaqələr ofisinin yaydığı açıqlamada qeyd edilib ki, dünən baş verən olay bir qəzadır.

BUNA DA BAX: Əsgərlərin ehtiyata  buraxılmasına başlandı

Rəsmi açıqlamada hadisə zamanı ən azı bir əsgərin öldüyü, bir neçə əsgərin isə yaralandığı bildirilib.

Qeyd edək ki, dünən İran mediası “Konarek” hərbi gəmisinin vurulması nəticəsində onlarla hərbçinin öldüyü barədə məlumat yayıb. İran İslam İnqilabını Mühafizə Korpusuna aid "Cevan" qəzetinin müxbiri Vahid Hacipur sosial şəbəkədəki səhifəsində ən azı 40 əsgərin həyatını itirdiyini yazıb.

Xatırladaq ki, İran Hərbi Qüvvələri bundan əvvəl Tehrandan havaya qalxan Ukraynaya məxsus sərnişin təyyarəsini vurmaqla gündəmə gəlmişdi.

Şərh vermək üçün giriş edin
Top