Azərbaycan gələn il orduya milyardlar ayıracaq

03 Sentyabr 2020

Gələn ilin Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılması gözlənilən vəsaitin xüsusi çəkisi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3 faizi həcmində proqnozlaşdırılır.

BUNA DA BAX: Onlara general-leytenant rütbəsi verildi - SİYAHI

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il Müdafiə və milli təhlükəsizlik xərcləri 3,954 milyard manatdan çox olacaq.

Top