Bu saatda Gəncə üzərində Azərbaycan və Türkiyənin hərbi təyyarələrinin uçuşları keçiriləcək - RƏSMI

15 Sentyabr 2020

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə Heftelik.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

BUNA DA BAX: Azərbaycan gələn il orduya milyardlar ayıracaq

Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Top