Azərbaycanda səfərbərlik başladı?

21 Sentyabr 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirib. 

Dövlət Xidmətindən Heftelik.az-a verilən məlumata görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

BUNA DA BAX: Düşmən təxribatlarının qarşısı alındı - Şəhidimiz var

Nəzərə çatdırılıb ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Top