Dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək - VİDEO

05 Dekabr 2020

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

BUNA DA BAX: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib - Prezidentdən BMT-yə mesaj

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Top