Yer kürəsinə Atlas kometi yaxınlaşır

30 Mart 2020

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır.

Heftelik.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub.

BUNA DA BAX: Qusarda dəhşətli qətl

Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır. Hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər.

İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə yaxınlaşması gözlənilən may ayında parlaqlıq 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.

Şərh vermək üçün giriş edin
Top