Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olundu

09 Sentyabr 2021

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

Heftelik.az-ın məlumatına görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

BUNA DA BAX: Laçında Azərbaycan-Türkiyə birgə təlimi - VİDEO

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.

General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

Top