Müdafiə Nazirliyindən gözlənilən bəyanat

31 May 2020

Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. 

Heftelik.az-ın xəbərinə görə, bu, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı bəyanatda əksini tapıb.

BUNA DA BAX: Millət vəkili Şuşadan yazdı 

Müdafiə Nazirliyi bəyan edib ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq:  “Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!”.

Şərh vermək üçün giriş edin
Top