Ermənistanın təxribatı nəticəsində həlak olan və yaralananların sayı açıqlandı - RƏSMİ

28 Sentyabr 2020

“Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və 7 rayonun ətrafında Azərbaycanın yaşayış məntəqələri yerləşir. Ermənistan işğal etdiyi həmin rayonlardan davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.

Heftelik.az.-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

BUNA DA BAX: MN: Ermənistan hərbi birləşməsinin Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib

 
C. Bayramov deyib ki, Ermənistanın dünəndən həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumata görə, 19 nəfər yaralanıb”.
Top