“Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik” - Çavuşoğlu

29 Sentyabr 2020

Döyüş meydanında və diplomatiya masasında Azərbaycanın yanındayıq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ədalət İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuşla birlikdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimi iqamətgahında ziyarətdən sonra mətbuata açıqlamasında bildirib. 

BUNA DA BAX: MN: Düşmənin əks-hücum cəhdi dəf edilib, erməni əsgərlərin meyitləri döyüş meydanında qalıb

 Türkiyə XİN başçısı deyib ki, bu məsələni kökündən həll etmək istəyirik: "Bu münaqişənin tək bir həll yolu var. Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək”.

Top