Azərbaycana məxsus Su-25 təyyarəsi vurulmayıb - Müdafiə Nazirliyi

15 Oktyabr 2020

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

BUNA DA BAX: Ermənistan Tərtərdə qəbiristanlığı atəşə tutdu - Ölənlər və yaralananlar var

Top