Ermənilər həmişə terrora dəstək verib

16 Oktyabr 2020
Ermənistan həmişə öz mahiyyətinə uyğun davranır. Hamımız yaxşı bilirik ki, terrorçuları, müxtəlif terror təşkilatlarının nümayəndələrini öz ərazisinə və işğal altında saxladıqları Azərbaycan ərazilərinə cəlb edən Ermənistan Respublikasıdır. Ermənistan həmin terrorçulardan Azərbaycana qarşı, özəlliklə də dinc sakinlərə qarşı istifadə edir.

Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı birləşmələrinin tərkibində terrorçular və muzdlulardan istifadə edilib. Bu barədə 90-cı illərdə də xəbərlər var idi. Bundan sonra, 2000-ci ilin ortalarından başlayaraq Ermənistana muzdlu hərbçilərin gətirilməsinə başlandı. Hətta 2020-ci ilin ortalarında da, Tovuz hadisələrindən əvvəl də Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinə Livan, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindən muzdlu və terrorçular gətirilirdi.

Bütün beynəlxalq təhlükəsizlik təşkilatları və dövlətlərin qanunlarında da muzdlu döyüşçülərin hərbi əməliyyatlarda iştirakı qanunaziddir və terror aktlarında iştirak edən şəxlərin bu döyüşlərdə iştirakı hərbi cinayətdir. Beynəlxalq terror təşkilatı kimi tanınan ASALA üzvlərinin Dağlıq Qarabağa yerləşdirilməsi artıq regional problemə çevrilib. Beynəlxalq terror təşkilatlarının üzvləri 90-cı illərin əvvəllərində də Ermənistan ordusunun tərkibində Azərbaycan torpaqlarının işğalında iştirak edirdilər.

 Əsas problemlərdən biri odur ki, döyüşlərdə terrorçuların məğlub olması sonradan Ermənistan hakimiyyəti üçün də ciddi problem yarada bilər. Döyüş meydanlarını tərk edib region ölkələrinə gedən bu terrorçular həmin ölkələr üçün də təhlükə mənbəyi olacaqdır. Ermənistan bu cür terroçuların orduya daxil edilməsində maraqlıdır. Ermənistanın bu hərəkət etməsinə səbəb onların ordusunda canlı qüvvə çatışmazlığıdır.

Bir qədər əvvəl Livanda baş verən partlayış və onun ardınca Ermənistanın guya həmin ölkədən erməniləri Ermənistana köçürüb onlara sığınacaq vermək istəməsini bəyan etməsi fonunda əslinə qalanda, Ermənistan özü terrorçuları və müxtəlif döyüşçüləri proseslərə cəlb etməyə   və bir növ fürsətdən yararlanmağa çalışır. 1988-ci ildə, Ermənistanın  Spitak şəhərinda baş verən  zəlzələ zamanı da eyni taktikanı tətbiq etmişdilər. Həmin vaxt Ermənistanda 25 min insanın ölməsinə, böyük bir faciə yaşamasına baxmayaraq, o vəziyyətdə belə şəraitdən sui-istifadə edib yardım adı altında Azərbaycana qarşı, azərbaycanlılara qarşı belə hücumlar etmək üçün müxtəlif ölkələrdən silah, sursat, hərbi ləvazımat daşındı. Ermənistan indiki şəraitdə də bu cür davranır.  Onlar Livanda baş vermiş o faciədən məhz bu məqsədlə bu cür istifadə edir. Azərbaycanın ittiham olunmasına gəlincə isə, Ermənistan diqqəti yayındırmaq üçün  Azərbaycanı   ittiham edir. Yəni, Ermənistan bu yolla dünya ictimaiyyətini aldatmağa, diqqətini yayındırmağa çalışır, özünün törətdiyi əməlləri Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir.

Əlbəttə ki, dünya indi o dünya deyil, biz də öz informasiyalarımızı, obyektiv informasiyalarımızı dünyaya çatdırırıq, göstəririk ki, Ermənistan yalan danışır. Bu yalanların faş edilməsi istiqamətində durmadan çalışmalıyıq.  

Elnarə Əzizova

Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi hümanitar məsələlər şöbəsinin müdiri

Top