Terror  - Ermənistanın dövlət siyasətidir

17 Oktyabr 2020

Ermənistan dövlətinin dövlət siyasətiın mahiyyəti terrorçuluq üzərində qurulub. Beynəlxalq miqyasda, bir sıra xarici dövlərlərin ərazilərində də bir çox terror hadisələri məhz ermənilər tərəfindən törədilib. Artıq 30 ilə yaxındır ki, ölkəmiz də birbaşa olaraq  erməni terroruna məruz qalıb.

  Terrorçular üçün insan amili və hüquq yoxdur. Onların məqsədi aldığı   vəsait hesabına sifariş olunmuş cinayətin reallaşdırılmasıdır. Ermənilər keçən əsrin 90-cı illərində Dağlıq Qarabağda apardıqları döyüş əməliyyatlarında xaricdə yaşayan erməni əsilli və digər millətlərdən olan, müxtəlif  terror qruplarının üzvlərindən geniş istifadə etmişdi. Hazirda da işğal olunmuş torpaqlarımızda darmadağın olunmuş ermənilər və buradakı qondarma rejim tərəfindən Dağlıq Qarabağa döyüşmək üçün xaricdən muzdluların gətirilməsini guya ki, legitimləşdirəcək qanunlar qəbulunu  təklif edirlər. Bu da Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə uğrayan, böyük itkilər verən Ermənistanın və onun oyuncağı olan qondarma rejimin qondarma rəhbərinin ümidsizlikdən bütün alçaq üsullara əl atmağa hazır olmasını göstərir. 

  Ermənistan hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir.  Dinc vətəndaşları qorxutmaq, onlarda təşviş və vahimə yaratmaq üçün bütün əməllərdən çəkinmirlər. Buna görə də dinc kənd və qəsəbələrimizi bombardman etməyə, şəhərlərimizə və strateji əhəmiyyətli obyektlərə raketlər atmağa çalışırlar. Gəncə şəhərinə qarşı raket hücumu Ermənistanın mənfur üzünü dünya ictimaiyyətinə bir daha aydın göstərdi. Bu, Ermənistanın növbəti terror aktı idi. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilmədi. Onların terrorçu əməllərinin cavabı Azərbaycan Ordusu tərəfindən döyüş meydanında lazımınca verilir. Hər gün yüzlərlə Erməni əsgəri məhv edilir, azad edilən məntəqələrin sayı artır. Ermənilər bilməlidir - Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq

 Erməni mətbuatı, onların sifarişi ilə hərəkət edən bir sıra ölkələrin mətbuatında döyüş əməliyyatlarında Türkiyənin birbaşa iştirakı ilə bağlı yalan məlumatların yayılır, bununla da Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə çalışır. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər. Bütün bu məsələlərə   Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra xarici ölkələrin jurnalistlərinə, o cümlədən Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibələrdə aydın izahlar verilib.

Azərbaycan ordusuna qarşı döyüşə çıxmış hər bir terrorçu məhvə məhkumdur. Bu gün ordumuzun arsenalında olan yüksək texnologiyalar düşmənin hər bir hədəfini uzaqdan məhv edir. Məhz bunun göstəricisidir ki, Ermənistan ordusunun hərbi texnikasına təkcə PUA-larımızın vurduğu ziyan 1 milyard dollardan artıqdır.

 Bu gün Azərbaycan tam başqa bir ölkədir.   Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi, güclü ordumuz var.

Ermənilər zənn edirlər ki, bu xain terror aktları bizi dayandıracaq. Xeyr, bu belə deyildir. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!

Nərmin Rəşidova

Top