Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir - Müdafiə Nazirliyi

18 Oktyabr 2020

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə Heftelik.az-a Müdafiə Nazirliyindən bildirilib.

BUNA DA BAX: S-300-lər, tank və toplar məhv edildi - Müdafiə Nazirliyi düşmənin son sutkadakı itkilərini açıqladı

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

 
Top