Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik

19 Oktyabr 2020

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilib.

BUNA DA BAX: Daha 13 kənd işğaldan azad edildi

Qeyd edilib ki, general-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Top