Hikmət Hacıyev erməni əsirlərdən danışdı

19 Oktyabr 2020

“Azərbaycanda yaralı erməni əsirlər var. Onlara qarşı münasibətdə Azərbaycan Respublikası özünün Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirdi”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

BUNA DA BAX: "Kaspşik vasitəsilə Ermənistan müraciət etmişik ki, raket hissələri Xankəndidən çıxarılsın" - Prezidentin köməkçisi

H. Hacıyev deyib ki, Azərbaycan özünün yüksək mənəvi dəyər və əxlaqını göstərərək yaralılara beynəlxalq humanitar hüquq əsasında lazımi yardımı göstərib: "Onlar tibbi dəstəklə təmin olundular və ailə üzvləri ilə də əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu şəxslər barəsində məlumatlandırılıb və təşkilat da yaralılarla təmasdadır”.

Top