Ermənilər Goranboyun Tap kəndinə raket atıb - Həlak olan var

29 Oktyabr 2020

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub. 

Heftelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. 

BUNA DA BAX: Bərdəni atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib - VİDEO

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.

Top