Dinc əhaliyə qarşı cinayətlər cəzasız qalmamalıdır

30 Oktyabr 2020

Oktyabrın 28-də işğalçı Ermənistan dünyanın gözü qarşısında növbəti terror aktını həyata keçirdi. Həmin gün Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 21 nəfərin həlak olması və 70 nəfərin yaralanması bir daha  göstərir ki, ermənilərin qəddarlığının, insanlığa qarşı  cinayətlərinin  həddi yoxdur.  10, 18 və  26 oktyabr tarixlərində əldə edilmiş humanitar atəşkəs razılaşmasına baxmayaraq, hər üç razılaşma Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur.

İki dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, sonra Bərdə şəhərinin raket hücumuna məruz qalması təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında  acizliyinin təzahürüdür. Bu cinayətlər, eyni zamanda,  dünyaya belə bir  mesajı da ünvanlayır ki,  bir cinayətin cəzasız qalması digər cinayətə yol açır.

barda

 Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar baş verən hadisələrə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində deyil,  öz maraqları baxımından yanaşır. 28 il ərzində Ermənistanın yanında olub ona   gizli, yaxud açıq şəkildə maddi və mənəvi dəstək göstərərək  ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətsizliklərinə görə  daim  tənqid olunublar. Bu gün də eyni vəziyyət davam edir.

Azərbaycan bu gün beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərini bərpa edir.  Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Ölkə Prezidenti oktyabrın 28-də  Rusiyanın İnterfaks agentliyinə müsahibəsində  də sual doğuran bu kimi bir çox məqamlara diqqəti yönəltdi.

Bu gün Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı   hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və  Ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək və üçüncü tərəfləri münaqişəyə cəlb etmək. Eyni zamanda işğalçı Ermənistan dost, qardaş Türkiyənin  Azərbaycana mənəvi dəstəyini münaqişədə tərəf kimi  dünya ictimaiyyətinə təqdim edir.

 Hər gün Azərbaycan Ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü Ermənistan hərbi texnikasının statistikası açıqlanır. Amma kasıb, havadarlarının maddi dəstəyindən asılı olan işğalçı dövlətin hərbi texnikası bitmir ki bitmir.

İşğalçının Azərbaycan tərəfinin şərtləri əsasında danışıqlar masası ətrafında əyləşməsinə “çalışan” dövlətlər, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana siyasi, iqtisadi, hərbi, diplomatik dəstəyi dayandırmağın  nə qədər önəm daşıdığının fərqindədirlər.  Amma özləri də danışıqların bərpası çağırışlarında qeyri-səmimi, riyakar olduqları üçün işğalçı dövləti dəstəklərindən kənarda qoymaq istəmirlər.  Hətta dəstək o səviyyədədir ki, Ermənistan törətdiyi terror aktlarını da öz üzərindən atır.

Lakin Ermənistan və onun havadarları  bilməlidirlər ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Azərbaycan  Ordusu  Bərdənin qisasını döyüş meydanında alır. Hadisədən dərhal sonra oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri  Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etdi. Bu gün isə Prezident İlham Əliyev Müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad et

Qələbə xəbərləri xalqımızı qürurlandırır, bütün işğal altında olan torpaqlarımızda bayrağımızın dalğalanacağı günün çox yaxında olduğuna əminliyi artırır.  Dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat  zəfər yolumuza mane ola bilməz.

Elnur Məmmədov

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Top