Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" məhv edildi - VİDEO

30 Oktyabr 2020

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

BUNA DA BAX: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

Top