Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldu - RƏSMİ

20 Noyabr 2020

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

BUNA DA BAX: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir - Rusiya XİN

Top