Ağdam şəhərinə komendant təyin olundu

20 Noyabr 2020

Ağdam şəhərinə komendant və müavinlər təyin edilib.

Bu barədə Heftelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

BUNA DA BAX: Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

Qeyd olunub ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Ağdam şəhərinə köçürülməsi  istiqamətdə işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.

Top