“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində orada xidmətə başlanılacaq”.
Heftelikşaz-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
BUNA DA BAX: 10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək - RƏSMİ
H. Akar deyib ki, Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər.