Xankəndi şəhəri də yeni yaradılan idarəsinin yurisdiksiyasına daxil edildi

03 Dekabr 2020

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.

Heftelik.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov bildirib.

BUNA DA BAX: Laçın şəhəri - VİDEO

O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır: “Hazırda bizim üzərimizdə durum əsas məsələ işğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsidir. Biz artıq tədbirlər planı müəyyənləşdiririk. Plana uyğun olaraq işimizi qurmuşuq və davam etdiririk”.

Top