UNESCO Qarabağa missiya göndərəcək

03 Dekabr 2020

“Qarabağ regionunda xristian və müsəlman məbədlərinin qorunub saxlanılması ilə bağlı suallara UNESCO-nun ekspertləri cavab verə bilər”.

Heftelik.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

BUNA DA BAX: Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Rusiya XİN rəsmisi deyib ki, bununla əlaqədar UNESCO-nun baş direktoru Odri Azulenin niyyətini dəstəkləyirlər:  "Odri Azule münaqişə regionuna müvafiq missiya göndərmək niyyətindədir. O. Azule bu niyyətini Rusiya XİN başçısı Sergey Lavrovla 20 noyabrda telefon danışığı zamanı təsdiqləyib. Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfi ilə əməkdaşlığa hazır olan UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşlarından ibarət missiyası yaxın vaxtlarda hadisə yerinə gələ və vəziyyətə obyektiv qiymət verə biləcək”.

Top