Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək

04 Dekabr 2020

Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev dekabr;n 3-də "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında" sərəncam imzalayıb.

BUNA DA BAX: Vətən Müharibəsində şəhid olan və itkin düşən hərbi qulluqçularımızın sayı açıqlandı - RƏSMİ

Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 

Top