Şuşa 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan ediləcək

19 Yanvar 2021

“Biz hər il Türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün  Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bildirib.

BUNA DA BAX: İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis ediləcək - FƏRMAN

Bağdad Amreyev deyib ki, bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar: “Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”.

Top